7 Kasım 2016 Pazartesi

ANA HAQQINDA QİYMƏTLİ SÖZLƏR...


30 DEKABR UNUDULMAZ ANAMIN DOĞUM GÜNÜDÜR



Anam Qənirə Rüstəm qızı Rüstəmova 
(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).


Azərbaycan təhsilinin, elminin və riyaziyyatının tanınmış nümayəndələrindən biri olan Qənirə Rüstəm qızı Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Onun elmi - pedaqoji fəaliyyəti çox geniş, əhatəli və rəngarəng olmuşdur.

Qənirə Rüstəmova vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən Müəllimlər İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirmişdir. Onun dərs yükü daim çox olmuşdur. Bu da ondan irəli gəlmişdi ki, Qənirə müəllimə çalışdığı orta məktəbin - Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. 

Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Qənirə müəllimənin özünəməxsus pedaqoji fəaliyyətini nəzərə alaraq Təhsil Nazirliyi onu dəfələrlə Bakı şəhərinə dəvət etmiş və ixtisasına uyğun kurslarda biliyini təkmilləşdirməyə şərait yaratmışdır. O, 1986 - cı ildə müəllimlər arasında keçirilən bilik müsabiqəsində yüksək bal toplamış, yaşadığı Ağdamın və çalışdığı kollektivin nüfuzunu artırmışdır. 

55 ildən çox iş stajı olan Qənirə Rüstəm qızı Rüstəmova dəfələrlə fəxri fərmanla mükafatlandırılmış və 1973 - cü ildə xüsusi medalla təltif edilmişdir. O, şagirdlərinin və onların valideynlərinin, həmçinin xalqınin ürəyində əməkdar müəllim kimi əbədi yer qazanmışdı. Qənirə müəllimənin şagirdlərinin sorağı Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, Almaniyadan, Fransadan, Polşadan, Hollandiyadan, İsveçdən, Baltik ölkələrindən, Rusiyadan, Ərəb ölkələrindən, Afrikadan, Türkdilli respublikalardan gəlir.

Daim xalqının sevincinə sevinən, kədərini öz içindən yana - yana keçirən, millətinin haqq sözünü deməyi bacaran mərd insan - Qənirə Rüstəm qızı Rüstəmova dözülməz Qarabağ həsrətiylə ünvanını dəyişdi, əbədiyyətə qovuşdu. Allah qəni - qəni rəhmət eləsin ! Amin...

İş yoldaşları adından bir qrup. 





1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...


30 DEKABR UNUDULMAZ ANAMIN DOĞUM GÜNÜDÜR

Allah sinəsi dağlı Qarabağın sevilib-seçilən nümunəvi müəlliməsi anam Qənirə Rüstəm qızı Rüstəmovaya qəni-qəni rəhmət eyləsin !

AĞDAMIM MƏNİM !

Doğulub boya-başa çatdığım, 1 saylı orta məktəbini bitirdiyim, musiqi təhsili aldığım unudulmaz ŞƏHƏRİM !

Rus İmperiyasından daim güc alan vəhşi Ermənistan ordusu və Rus hərbi birləşmələrilə təkbətək vuruşaraq şəhid olan Ağdamım mənim.

Sən Azərbaycanı növbəti işğallardan xilas etdin. Dünyanı "Ağdam Şəhadəti"lə heyrətləndirdin. Yeni ad qazandın - Qafqazın Xerosiması !

DOSTLAR, İZLƏMƏYİ UNUTMAYIN :
https://www.facebook.com/irshadtv.az
http://www.irshadtv.com/

7 Kasım 2016 10:33