9 Kasım 2026 Pazartesi

ZƏFƏR BAYRAMIN MÜBARƏK OLSUN, AZƏRBAYCAN !



Adil İrşadoğlu Cavanşir (Əliyev).

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun rəşadəti ilə mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildi. İkinci Qarabağ müharibəsində qazanılan qələbənin şərəfinə hər il 8 noyabr şanlı bayram kimi qeyd edilir.

Bu qürur günündə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm, qazilərimizə və xalqımıza minnətdarlığımı bildirirəm. 

08.11.2026. / 14-50. 


KEÇMİŞİ UNUDANLARIN GƏLƏCƏYİ OLMAZ !

 

AZƏRBAYCAN DÖVLƏT RADİOSUNUN 100, DÖVLƏT TELEVİZİYASININ 70 

İLLİYİNƏ HƏSR OLUNMUŞ ENSİKLOPEDİYANIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB...




7 Kasım 2026 Cumartesi

17) QONAQ KİMİ GƏLİB GETDİ AY ÖMRÜMƏ, İL ÖMRÜMƏ...



Jurnalist Adil İrşadoğlu (Əliyev).
Söz və ifa: Aslan Qaraqoyunlu.

ÖMÜR NƏDİR?


Bu sualın fəlsəfi, poetik və psixoloji dərinliyi var. İnsanların həyata baxış bucağı fərqli olduğu üçün, ömür anlayışı da hər kəs üçün fərqli bir məna kəsb edir :

✔ Bəziləri üçün ömür müvəqqəti bir dayanacaq və insanın ruhən yetkinləşməsi, xeyirlə şəri ayırd etməsi üçün verilmiş bir imtahandır.

✔ Bəziləri üçün ömür bir pəncərədən baxıb keçmək, bir yuxu və ya sadəcə qısa bir xəyal kimidir.

✔ Bəziləri üçün ömür hər günü yeni bir sətirlə doldurula bilən böyük bir fürsətdir.

✔ Bəziləri üçün ömür hər gün yenidən başlanan bir savaş, ayaqda qalma sənətidir.

✔ Bəziləri üçün ömür son mənzili deyil, yolun özünü sevmək və hər anından zövq almaq deməkdir.

✔ Bəziləri üçün isə ömür insana bəxş edilən ən dəyərli hədiyyə, həm də sevdiklərinə qarşı böyük bir məsuliyyətdir.


6 Kasım 2026 Cuma

16-5) AZƏRBAYCAN DÖVLƏT RADİOSUNUN 100, DÖVLƏT TELEVİZİYASININ 70 İLLİYİ QARŞISINDA




 ❤️ Tanınmış yazıçı, şair, jurnalist və ictimai xadim, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sabiq sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Müseyib oğlu Məcid:

- Adil İrşadoğlunun jurnalistlik fəaliyyətində Ağdam özünəməxsus yer tutur. Bu qədim diyarın ecazkar ruhu onun yaradıcılığına müstəsna təsir göstərib. Adil İrşadoğlu (Əliyev) imzası Birinci Qarabağ müharibəsi dövründə həqiqətlərin təbliğində, Qarabağın faciə yaşantılarının cəmiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Onun bu rolunu jurnalistikanın vətənpərvərlik missiyası adlandırmaq olar. 


15-4) AZƏRBAYCAN DÖVLƏT RADİOSUNUN 100, DÖVLƏT TELEVİZİYASININ 70 İLLİYİ QARŞISINDA



❤️ Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, professor, Jurnalistika nəzəriyyəsi və tarixinə dair bir sıra elmi əsərlərin, o cümlədən "Jurnalistikanın əsasları" kitabının müəllifi, yüzlərlə azərbaycanlı jurnalistin müəllimi və elmi rəhbəri, tanınmış jurnalist Akif Rüstəm oğlu Rüstəmov:

- Adil İrşadoğlu (Əliyev) parlaq düşüncə sahibi, ziyalı, səmimi, qayğıkeş dost və həmkar, gözəl ailə başçısıdır. Onun yüksək mənəvi keyfiyyətləri, intellektual potensialı və insanlara qarşı səmimi münasibəti hər zaman ətrafındakılar tərəfindən yüksək qiymətləndirilir. Bir həmkar kimi peşəkarlığı, bir dost kimi isə etibarlılığı və qayğıkeşliyi onu hər bir kollektivdə sevilən və hörmət edilən bir şəxsiyyətə çevirir. Adil İrşadoğlunun ətrafına verdiyi müsbət enerji və qazandığı böyük hörmət səmimi fikirlərimin bariz nümunəsidir.