İrşadTv etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
İrşadTv etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

7 Ocak 2026 Çarşamba

HƏSRƏTİN SOYUĞU QƏLBİMİ ÇOX ÜŞÜDÜR...

 

Adil İrşadoğlu təqdim edir 

/ "O LELLİ" şarkısı üzərində videoklip /

 İfa edir Suat Suna. 




Hər kəsin qəlbində həsrət hissi hökm sürür. Kimisi vəfasızdır, kimisi aşiqdir, kimisi sevir və sevdiyinin həsrətini çəkir. Bir sözlə hər kəs özünəməxsus şəkildə həsrət hissi yaşayır. Həsrətin soyuğu onun qəlbini çox üşüdür...

01.01.2025. 


1 Ocak 2026 Perşembe

ANA KİMİ YAR, AZƏRBAYCAN KİMİ DİYAR OLMAZ !


30 dekabr rəhmətlik anam Qənirə Rüstəmqızı Rüstəmovanın doğum günüdür. Yaşasaydı 93 yaşını təntənəli şəkildə qeyd edərdik. İndi unudulmaz Qənirə müəlliməni gözəl xatirələrlə yad edirik. Allah rəhmət eyləsin. Qəbri nurla dolsun. Ruhu şad olsun.

30.12.2025.





24 Aralık 2025 Çarşamba

AZƏRBAYCAN MƏTBUATININ BİR PARÇASI OLMAQ QÜRURVERİCİDİR




Adil İrşadoğlu (Əliyev)


Həqiqətən Azərbaycan mətbuatının şərəfli tarixinin bir parçası olmaq qürurvericidir. Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunmuş ali mükafata layiq görülən həmkarlarımı, xalqımızın dərd-sərindən yazan, Qarabağ gerçəkliklərini dünyaya yayan, səngərlərdən reportajlar hazırlayan, döyüş vaxtı əsgərlərimizin yanında olan, qazilərimizin, şəhid analarımızın problemlərindən yazan, onlara dəstək olan jurnalistlərimizi təbrik edirəm. Bir daha Medianın İnkişafı Agentliyinə, Əhməd İsmayılov'a  və Mətbuat Şurasına, Rəşad Məcid'ə dərin təşəkkürümü bildirirəm.


Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev)

24.12.2025. / 20-15. 


23 Aralık 2025 Salı

AZƏRBAYCAN MİLLİ MƏTBUATI - 150




Rəşad Məcid və Adil İrşadoğlu


50 ildən çoxdur ki, milli jurnalistikaya yorulmadan, təmənnasız xidmət edirəm. Jurnalistika mınim üçün sadəcə peşə olmayıb. Jurnalistika mənim üçün həyat mövqeyi olub. Bu illər ərzində qarşılaşdığım çətinliklər, 1-ci Qarabağ müharibəsi dövründə ekstremal şəraitdə üzləşdiyim təhlükələr, mənə qarşı olan haqsızlıklar və ədalətsizlik şəxsimi usandırmadı. Əksinə cəmiyyətimizin səsinə səs verməyə çalışdım. Sözün məsuliyyətini dərindən dərk etdim, fəaliyyətimi genişləndirdim. 

Bu gün mənim 200 minə yaxın oxucum var. İnternetdə 1 saytım, sosial şəbəkələrdə rəngarəng və çox maraqlı səhifələrim, 7 blokum, “YouTube”də 5 kanalım, “Facebook”da 10 səhifəm və 7 qrupum, "Web.tv"də 1 kanalım fəaliyyətdədir. Əlimdən alınan meydanı burada tapmışam. 

Çalışıram ki, internetin imkanlarından geniş istifadə edəm. Yeni media platformasında, sahibi olduğum sayt, kanal və bloqlarımda davamlı şəkildə Azərbaycan həqiqətlərini yayıram. Bütün bunların sayəsində virtual aləmdə 200 minə yaxın oxucu toplaya bilmişəm. Buna görə də “Google” şirkəti məni "1 nömrəli bloqçu" adlandırıb və bunu sübut edən kart göndərib.

Mən peşəkarlıq zirvəsinə vətənpərvərliyimlə, seçdiyim yola sədaqət, xarakterimdəki yorulmazlıq, məqsədyönlülük, topladığım böyük təcrübə sayəsində nail olmuşam. Hərəkətlərimdə ancaq humanizmə, ədalətə, obyektivliyə söykənmişəm. Hesab edirəm ki, Google da, Facebook da, Twitter də ciddi bir platformadır. Bu işə ciddi yanaşmaq lazımdır. İndi xəbərləşmək, xəbər paylaşmaq, məlumat almaq, ötürmək internetsiz çox çətindir. Bu, artıq cəmiyyəti məlumatlandırmanın yeni bir mərhələsidir. 

Azərbaycan mətbuatının digər layiqli nümayəndələri kimi mən də Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025) münasibətilə Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişəm. Bu medal təkcə mənim əməyimə verilən qiymət deyil, eyni zamanda düz sözə, həqiqətə və vicdanlı jurnalistikaya göstərilən hörmətin ifadəsidir. Azərbaycan mətbuatının şərəfli tarixinin bir parçası olmaq qürurvericidir. Bu etimad məni 72 yaşım olmasına baxmayaraq bundan sonra daha da məsuliyyətlə, prinsipial və obyektiv fəaliyyət göstərməyə ruhlandırır. Diqqətə və əməyimə verilən qiymətə görə Medianın İnkişafı Agentliyinə və eyni zamanda Mətbuat Şurasına təşəkkürümü bildirirəm. 


Hörmətlə, 

Adil İrşadoğlu (Əliyev) ©

Veteran televiziya və qəzet jurnalisti,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),

1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).

23.12.2025. / 16-00.

12 Aralık 2025 Cuma

ADİL İRŞADOĞLU (ƏLİYEV) / FACEBOOK ' DA / SƏHİFƏ






ADİL İRŞADOĞLU (ƏLİYEV) / FACEBOOK ' DA / SƏHİFƏ

 





ADİL İRŞADOĞLU (ƏLİYEV) / FACEBOOK ' DA / SƏHİFƏ







ADİL İRŞADOĞLU (ƏLİYEV) / FACEBOOK ' DA / SƏHİFƏ







ADİL İRŞADOĞLU (ƏLİYEV) / FACEBOOK ' DA / SƏHİFƏ

 




ADİL İRŞADOĞLU (ƏLİYEV) / FACEBOOK ' DA / SƏHİFƏ





ADİL İRŞADOĞLU (ƏLİYEV) / FACEBOOK ' DA / PROFİL






 

9 Aralık 2025 Salı

HƏSRƏTİNDƏN YANDI KÖNLÜM...





Həsrətindən yandı könlüm.

Yoxluğundan öldü könlüm...


Heç bilirsiniz mənim aləmimdə Vətəni sevmək nə deməkdir?


*Vətəni sevmək Vətən fədaisi olmaq deməkdir. 

*Vətəni sevmək ona səcdəgah kimi baxmaq deməkdir. 

*Vətəni sevmək torpağa, öz xalqına qəlbən bağlı olmaq deməkdir. 

*Vətəni sevmək onun hər qarışını qorumaq deməkdir. 

*Vətəni sevmək onun yolunda canını qurban vermək deməkdir. 

*Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur. 

*Vətəni sevmək imandandır !


© Adil İrşadoğlu (Əliyev).

25.05.2021.


21 Ağustos 2025 Perşembe

QULAĞIMA BİR SƏS GƏLDİ...

İrşad Məhəmməd oğlu Əliyev


" Mənim qəlbim dəfinələr adasıdır.

Basdırılıb burda ata, burda qardaş, burda dost da.

Çəkilibdir dağ dağ üstən.

Qamçılayıb zaman məni.

Qovrulmuşam zaman - zaman.

Ağrını da, acını da, itkini də udan zaman,

Göz yaşımı ürəyimə axıtmışam.

Bəzən artıb ürəyimin ağırlığı diz bükmüşəm.

Ata, ata - deyə hönkürmüşəm..."


Yaşım yarım əsri keçib. Bu vaxtadək vicdanımın səsini tez - tez eşitmişəm. Həyatda üç idealım olub. Atam, Mustafa Kamal Paşa (Atatürk) və dahi Üzeyir Hacıbəyli. Bu şəxsiyyətləri kəşf etməkdə atam yardımçım olub. Uşaq ikən o, mənə rəhmətlik Tağının kitab mağazasından say - seçmə kitablar alıb gətirərdi. Ağdamda mənim on rəf kitabım var idi (Rayonumuzun erməni faşistləri tərəfindən işğalı zamanı evimizin bütün əşyaları ilə birlikdə kitablarım da düşmənin qənimətinə çevrildi). Dərslərimi hazırlayandan sonra qiraət etməyi çox xoşlayırdım. Yuxarıda adlarını çəkdiyim insanların gördükləri işlər barədə xeyli kitab oxuyandan sonra onları özümə ideal seçdim. Onların sırasında atamın yeri başqadır.

Cüssəli, qamətli atam böyük bir nəslin şərəfini vəfat edənədək çiyinlərində məğrurluqla daşıyıb. Vətənin çətin günlərində el - obasının, doğma Azərbaycanın ağrı - acıları ilə yaşayıb. Babalarının, nənələrinin var - dövləti bolşevik hökuməti tərəfindən mənimsənildiyinə görə, o da ailəsi ilə birlikdə iztirablı həyat sürüb. On yaşında olarkən atası vəfat edib. Bu məsum və qeyrətli körpə ailənin bütün ağırlığını öz üzərinə götürüb. Üç qardaşını və bir bacısını yaşatmaq, oxutmaq üçün anasına söykək olub.

İkinci Dünya Müharibəsi başlayanda atamın 17 yaşı var imiş. Ağdam Rayon Hərbi Komissarlığı onun tay - tuşlarını müharibəyə səfərbər edir. Lakin atama yaşı aşağı olduğundan çağırış kağızı (povestka) göndərilmir. Atam dostlarından ayrı düsməsin deyə, Hurizat nənəm (Böyük mütəfəkkir, yazıçı Süleyman Sani Axundovun əmisi qızı Əziz xanımın ulu babam Mehdi bəylə izdivacından doğulan qızıdır) hərbi komissarlıqdan oğlunun da müharibəyə çağırılmasını xahiş edir. Beləliklə, atam 1941 - ci ildən 1947 - ci ilədək Sovet Ordusu sıralarında şərəflə xidmət edir. 

Əgər əsgər tərəddüdsüz sinəsini düşmən gülləsinə sipər edirsə, günahsız insanları məhrumiyyət və müsibətlərdən qorumaq uğrunda öz həyatını od - alovun içərisinə atırsa, bu, fədakarlığın zirvəsi sayılaraq əbədi hörmətə layiqdir. Məhz buna görə yer üzünün bütün xalqları döyüşçüyə məhəbbət və onun xatirəsinə ehtiram göstərirlər.

Alman faşizminə qarşı 1941 - 1945 - ci illər müharibəsinin son yaylım atəşindən yarım əsrdən çox bir vaxt keçir. Dünyanın mütərəqqi ictimaiyyəti hər il bu Böyük Qələbəni təntənə ilə qeyd edir. Faşizm cəlladlarına qarşı mübarizədə Azərbaycanın 600 mindən çox oğul və qızı iştirak etmişdir. Onların yarısı döyüş meydanlarında həlak olmuş və Avropa ölkələrinin ucsuz - bucaqsız ərazilərinə səpələnmiş qərib qardaşlıq məzarıstanlarında uyuyurlar.

İkinci Dünya Müharibəsi haqqında indiyədək çox yazılıb, çox deyilib. Yəqin ki, bu mövzu bundan sonra da uzun illər elmi, ədəbi, siyasi - publisistik yazıların əsas mövzularından biri kimi qalacaqdır. 

Azərbaycan oğulları ilə çiyin - çiyinə atam da alman faşizminə qarşı cəbhələrdə misilsiz mərdlik və qəhrəmanlıq nümunələri göstərir. Ordenlərlə, medallarla təltif olunur. Başqa azadlıqsevər xalqların nümayəndələrilə birlikdə döyüsən qəhrəmanlarımız, eləcə də mənim atam ümumbəşəri ideallar uğrunda canlarını qoymuşlar.

Atam İrşad Kərbəlayi Mikayıl Məhəmməd oğlu Əliyev Ağdamın, Qarabağın sayılıb - seçilən ağsaqqallarından biri idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə min rəhmət oxuması səbəbsiz deyil. Qoy patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlardaydı. Böyüyə, ata - anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi. Hamısı alt - üst oldu. Qarabağı müharibəyə sürüklədilər. Bu müharibə, erməni daşnaqlarının əsassız torpaq iddiaları bizə dərd - kədər, ölüm - itim, məhrumiyyətlər gətirdi. Öz yurdumuzda qaçqına, köçkünə döndük. Yox, bu "qaçqın", "köçkün" ifadələri ürəyimizdəkilərin mində birini əks etdirmir. Qarabağlıları respublikanın bütün şəhər və kəndlərinə səpələdilər. Onların genefondunu pozdular. Müsibət müsibət dalınca gəldi. Vicdanlı, namuslu insanların bu təhqirlərə tab gətirəni də oldu, gətirməyəni də. Atam dözmədi. Onu könüllü döyüşə atılmış qəhrəman oğullarımızın ruhlarının harayı, anaların ah - naləsi, qız - gəlinlərin fəryadı yandırdı. Yurd, əzizlərinin uyuduğu qəbiristanlıq və yerlə - yeksan edilən ev - eşik həsrətilə İrşad Məhəmməd oğlu Əliyev dünyasını dəyişdi. Allah rəhmət eləsin. Amin...  

(Atamın doğum tarixi : 25.02.1924. - Ölüm tarixi : 13.03.1993).


© Adil İrşadoğlu,

Bakı, aprel 2005.


İlk dəfə 7 may 2005 - ci il tarixli

"Vətən uğrunda" qəzetində çap edilmişdir.


20 Temmuz 2025 Pazar

"Ü.HACIBƏYOVUN ŞƏXSİYYƏTİ MƏNİM ÜÇÜN QARANLIQDIR"

 MƏQSƏDLƏRİ ONU ŞƏRLƏYİB TUTDURMAQ İDİ...




Ü.Hacıbəyov və M.Bağırov


Mustafa Çəmənlinin 

"Çuğulçu erməninin puç olmuş arzuları" yazısını təqdim edirik.


Üzeyir Hacıbəylinin 1938-ci ildə yazdığı "İlk Azərbaycan xalq xoru" adlı məqaləsini oxuyanda bəlli olur ki, bəstəkar "İlk Azərbaycan çoxsəsli xor"unu 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında yaradıbmış. Bu xorda əksəriyyəti tələbə-gənclərdən ibarət 70 nəfər oxuyan varmış. Lakin bədxahların "Azərbaycan xalqına çoxsəsli xor, polifoniya lazım deyildir" hay-küyü öz mənfi təsirini göstərmiş, "nəticədə böyük zəhmətlə yaradılmış xor dağılmışdır" (Ü.Hacıbəyli).

Üzeyir bəy illər sonra, 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında yenidən Azərbaycan Dövlət xorunu yaradır. 1936-cı ilin dekabrında artıq xorun 80 nəfər üzvü vardı.

"Azərbaycan xalq xoru" məqaləsində Üzeyir Hacıbəyli xor üçün repertuar seçmək məsələsinə də toxunaraq yazırdı:

"Repertuar seçmək, daha doğrusu, öz repertuarımızı yaratmaq sahəsində qarşımızda bir sıra ciddi vəzifələr durmuşdur. Mən ona görə "yaratmaq" deyirəm ki, repertuarımıza daxil edilən hər bir xalq mahnısını çoxsəsli xorla oxumaq üçün harmonizə etmək lazım gəlmişdir. Əsas çətinlik ondan ibarət olmuşdur ki, bütün bu mahnılar ta qədim vaxtlardan xalq arasında ya bir səslə, ya da unison oxunmuşdur. Əslində bunların hər ikisi eyni şeydir. Təbii ki, bu cür melodiyaların harmonizə edilməsi vəzifəsinin mexaniki həlli xalq mahnısı üslubunun təhrif olunmasına, ayrı-ayrı hallarda isə melodik xəttin pozulmasına səbəb olardı. Məlum olduğu kimi, Azərbaycanda elə bir xalq mahnısı yoxdur ki, bu və ya başqa muğamla əlaqəsi olmasın...

Təcrübə göstərmişdir ki, lad musiqimizin adi harmonizasiyası istər-istəməz kadansların tətbiq olunmasını tələb edir, kadanslar melodiyanı ya majora, ya da minora gətirib çıxarır. Bu zaman Azərbaycan musiqisini yaradan ladlar çox vaxt öz xüsusiyyətini itirir. Ona görə də mən mahnıları harmonizə edərək adi dördsəsliyi deyil, kontrapunkt çoxsəsliyi və unison imitasiyaları tətbiq edirəm".

Dahi bəstəkarın böyük xidmətlərindən biri də xalq mahnılarına bu cür həssaslıqla yanaşması idi. "Aman nənə", "Ay lolo", "Ləli", "Tello", "Ay bəri bax", "Qarabağ şikəstəsi", "Gedək gəzək bağçada" kimi xalq mahnılarının tərtibatı o illərin, bir sözlə, Üzeyir qələminin unudulmaz yadigarlarıdır. O illərdə Üzeyir Hacıbəylinin öz dövrü üçün xarakterik olan "Komsomolçu qız", "Komsomolçu" mahnılarını da xor kollektivi sevə-sevə oxuyurdu.

İlk Azərbaycan Dövlət xorunun üzvlərindən Şövkət Ələkbərovanın, Qüdrət Əmiraslanovanın, Xurşid Babayevanın, Sima Məhəmmədbəylinin, Xanımbacı Həmidovanın, Cahangir Cahangirovun, S.Əlibalayevin adlarını çəkə bilərik. Mən 1987-ci ildə Şövkət Ələkbərovanın ömür yolundan bəhs edən kitab üzərində işləyəndə müğənni ilə vaxtaşırı görüşüb söhbətləşirdik. Təbii olaraq müğənni ilk addımlarını atdığı Azərbaycan Dövlət xorundan, yaradıcısı Üzeyir bəy Hacıbəylidən ürəkdolusu danışardı. O deyirdi:

- Üzeyir bəy mənim səsimi çox xoşlayardı, həmişə mənə "özündən, səsindən muğayat ol" deyərdi. O, böyük ürək sahibiydi, məktəb idi, məktəb! Bizə oxumağın, yana-yana oxumağın, çalmağın, bir sözlə, sənətin hər sirrini öyrədərdi. Bilirsiniz, dördsəsli xorda oxumağım mənə çox şey veribdir. Bu gün müxtəlif üslublu, müxtəlif dəst-xətli, müxtəlif templi ansamblların, orkestrlərin müşayiətilə oxuya bildiyim üçün ilk növbədə Üzeyir bəyə, onun yaratdığı xora borcluyam.

Bu sətirləri yazdığım zaman yaddaşımda Şövkət xanımın zümzüməli səsi canlanır. O, xorda oxunulan mahnıları xatırlaya-xatırlaya: - Görün Üzeyir bəy "Qarabağ şikəstəsi"ni xor üçün necə gözəl işləyibdir:


Bir qızılquş kaş olaydım mən,

Gəzdirəydin öz qolunda sən.

Bir mədət qıl, yarım,

Qoyma məni zar...

Heç qərarım gəlməz

Səndən ayrı, yar...


Mən o zaman ürək sözlərini qələmə almaq üçün konservatoriyaya gedib ölməz bəstəkarımız Cahangir Cahangirovla da görüşmüşdüm. Səbəb də bu idi ki, Cahangir Cahangirov da 1937-ci ilin baharından Üzeyir bəyin yaratdığı Dövlət xorunun solisti olmuşdur. Cahangir müəllim görüşümüzün səbəbini bildiyi üçün artıq yaşanıb tarixləşmiş o illərə qayıtmışdı:

- Üzeyir Hacıbəyov filarmoniyada xor kapellası yaratmışdı. Bu, xor sənətinin ən çətin bir sahəsi idi. Musiqinin müşayiəti olmadan oxumaq! Azərbaycanda indiki mənada başa düşdüyümüz xor sənəti olmamışdı. Buna görə də Üzeyir bəy tarla kamançanın və başqa musiqi alətlərinin səslənməsindən istifadə edərək xor kapellasını yaratmışdı. Üzeyir bəy "Aman nənə", "Bəri bax", "Qarabağ şikəstəsi" və başqa xalq mahnılarını xor üçün işləmişdi. Üzeyir bəyin işi o zaman həddindən artıq çox idi. Ona görə tələbələrini də işə cəlb edirdi. Mən özüm həm solist idim, həm də xormeysterlik edirdim. Sonra xor kapellası tədricən mahnı və rəqs ansamblının tərkib hissəsindən birinə çevrildi. Mən Şövkət Ələkbərovanın səsini ilk dəfə xorun solisti kimi eşitmişəm. Yadımdadı, o, "Qarabağ şikəstəsi"ni elə məharətlə oxuyurdu ki!.. Səsi uzandıqca uzanırdı... O cür oxumağa böyük nəfəs lazım idi.



Üzeyir Hacıbəyov xora dirijorluq edir.

Mənim burada Üzeyir bəyin yaratdığı xordan bu qədər geniş danışmağım səbəbsiz deyildir. Təəssüf ki, çuğulçu ermənilər o vaxt da ocaq başındaydılar. Məqsədləri də Üzeyir bəyi şərləyib gözdən salmaq, tutdurmaq idi. O repressiya illərində filarmoniyanın yerli Komitəsinin sədri Akopyan 21 noyabr 1937-ci ildə surəti Bakı Sovetindəki Mərkəzi Seçki Komissiyasına olmaqla NKVD-yə iftira dolu bir məktub göndərmişdi. Akopyan öz əcdadlarının adətinə rəğmən yazırdı:

"Sizə bildirirəm ki, Azərbaycan Dövlət Filarmoniyasında Dövlət xoruna rəhbərlik edən və eyni zamanda Azərbaycan Sovet Bəstəkarları İttifaqının sədri olan bəstəkar Üzeyir Hacıbəyov işləyir.

Azərbaycan Dövlət Filarmoniyasında xor ikinci ildir ki, mövcuddur və orada 200-dən artıq adam oxuyur. Xor qarşıdakı Moskvada Azərbaycan incəsənəti ongünlüyünə hazırlaşır.

Xorun rəhbəri Hacıbəyov sovet düşüncəsi ilə işləmir, xorçuların sırasından yad ünsürləri və başqa məktəbdən qovulmuşları irəli çəkir, məsələn:


1) Əmiraslanova Qüdrət - iri neft sənayeçisinin qızıdır və onun qardaşı həbs edilib.

2) Məhəmmədbəyli Sima - sovet hakimiyyəti qurularkən güllələnmiş polkovnikin qızıdır.


Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim üçün qaranlıqdır, belə ki, eşitdiyimə görə, Üzeyir Hacıbəyov Müsavat hakimiyyəti vaxtı "Ordan Burdan" (bu adda qəzet olmamışdır, Üzeyir bəy bəzi məqalələrini sadəcə bu başlıq altında yazırdı - M.Ç.) Müsavat qəzetinin redaktoru olub. Bu qəzetin bir nüsxəsi Əməkdar incəsənət xadimi, dirijor İoannesyanın dediyinə görə, Xalq artisti Hüseynqulu Sarabskidədir. Hacıbəyovun qardaşı Müsavat Parlamentinin üzvü olub. Bolşeviklər Bakıya gələrkən Üzeyir Hacıbəyov İrana qaçıb və bir neçə vaxtdan sonra Bakıya dönüb. Onun Müsavat Parlamentinin üzvü olan qardaşı Parisə qaçıb və Üzeyir Hacıbəyov yeddi il müddətində bu qardaşı üçün Parisə pul köçürüb.

Bu deyilənlərdən çıxış edərək və nəzərə alaraq ki, onun namizədliyi Naxçıvan MSSR-dən Millətlər Sovetinə verilib və 1938-ci ilin fevral ayında o, Moskvaya Azərbaycan incəsənəti ongünlüyünə partiya və komsomol heyətinə hətta baxmaq belə istəmədən özünün himayəyə götürdüyü, irəli çəkdiyi və yetişdirdiyi sinfi dostları ilə birgə getməlidir, onun müfəssəl tərcümeyi-halını öyrənməyi və Üzeyir Hacıbəyovun gerçək üzünü aydınlaşdırmağı xahiş edirəm" (M.Mərdanov, Ə.Tahirzadə. "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar", Bakı,"Təhsil", 2019, III cild, səh. 48)

Akopyanların məqsədi o idi ki, Üzeyir bəy deputat seçilməsin, onu 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə aparmasınlar. Akopyan Üzeyir bəyin daha da şöhrətlənməsindən narahat idi. Ancaq onun məkrli niyyətləri baş tutmadı. Moskvada baş tutan ongünlükdə bəstəkarın "Koroğlu" operası oynanıldı və ona böyük şöhrət gətirdi.

1988-ci ildə çuğulçu Akopyanın cızma-qarasında adı keçən milyonçu Nəcəf Əmiraslanovun qızı Qüdrət Əmiraslanovayla görüşüb söhbət etmişdim. Milyonçu atasından ona bir kontor kitabı yadigar qalmışdı.

Sovet hökuməti qurulandan sonra atasının var-dövləti müsadirə edilmiş, bununla kifayətlənməyən bolşeviklər 1923-cü ildə onu həbs etmiş, haqsızlığa dözməyən köhnə sahibkar altı ay sonra dustaqxanada vəfat etmişdir. Qüdrət xanımın qardaşı Nəsir Əmiraslanov isə 1937-ci ildə həbs edilmiş, mühakimə olunaraq Sibirə sürgün olunmuşdur.

Qüdrət xanım mənə Üzeyir bəyin xeyirxahlıqlarından danışmışdı. Üzeyir bəy milyonçu qızı olmağına baxmayaraq, onu Dövlət xoruna solist götürübmüş. Akopyanların cəhdləri faydasız olmuşdu. Qüdrət xanım Dövlət xoru ilə birgə Moskvada keçirilən Azərbaycan incəsənəti günlərində iştirak etmiş, hətta tarzən Bəhram Mansurovun müşayiəti ilə "Güloğlan" xalq mahnısını oxuyub vala yazdırmışdır.

1937-1938-ci illər o dövrün insanlarının, xüsusən ziyalıların taleyindən keçən ən müdhiş, amansız, güzəştsiz repressiya illəri kimi tarixə qovuşub.

Akopyanın Üzeyir bəy haqqında yazdığı böhtan dolu məktubun üstündən ölkə başçısı M.C.Bağırov ona görə sükutla keçmişdi ki, o zaman Üzeyir Hacıbəyli öz sahəsində yeganə şəxsiyyət idi. Respublika Moskvada keçiriləcək 1-ci incəsənət ongünlüyünə 700 nəfərlik bir heyətlə iştirak etmək niyyətindəydi. Bu tədbirdə Üzeyir bəyin "Arşın mal alan" operettası, "Koroğlu" operası oynanılacaqdı.

Bundan başqa, məhz Üzeyir bəyin təşəbbüsü ilə yaradılmış notlu Xalq Çalğı Alətləri Orkestri, dirijoru və bədii rəhbəri olduğu Dövlət xoru, 40 nəfər üzvü olan rəqs ansambılı bu yeddi yüz nəfərlik yaradıcı heyətin tərkibində iştirak etməli idi. Bu bədii kollektivlər bir-biri ilə yaradıcılıq təmasında idilər. Məsələn, "Koroğlu" operasının xor səhnələrində Dövlət xorunun solistləri də iştirak edirdilər. Moskvada keçiriləcək bu ədəbiyyat və incəsənət günləri bir nəfərin yox, respublikanın adı ilə bağlı məsələ idi. Şərəf məsələsiydi.

Bütün bunlara görə hər kəsin yaxşı tanıdığı, şəxsiyyətinə və xidmətlərinə rəğmən hörmət etdiyi, iftixar duyduğu dahi bir bəstəkarı dılğır bir erməninin böhtan dolu cızma-qarasına qurban vermək olmazdı! Əlbəttə, o zaman hər adama belə bir güzəşt etmək qismət olmurdu.

Xalq artisti Əminə Dilbazi söyləyirdi ki, 1938-ci ildə Moskvada keçiriləcək incəsənət günlərində iştirakı nəzərdə tutulan şəxslərin kimliyini yoxlamaq üçün hər birimizdən on ədəd şəkil almışdılar. Ona görə ki, NKVD-də adamların kimliyinə, ictimai mənsubiyyətinə zərrədinlə baxırdılar. Təsadüfi deyildir ki, Moskvaya getmək ərəfəsində rəqs ansambılının üzvlərindən Leyla Bədirbəyli, Əminə Dilbazi, Əşrəf Səfərov, Əlibaba Abdullayev, Hacı Ağayev, Cavanşir və Fərəc Cavanşirov qardaşları, notlu Xalq Çalğı Alətləri Orkestirində kamança ifaçısı Qılman Salahovu, tarzən - bəstəkar Adil Gərayı (atası Heybətqulu bəyi 1937-ci ildə güllələmişdilər), həyat yoldaşı tarzən Ruqiyyə Əliyevanı ongünlüyə gedənlərin siyahısından çıxarmışdılar. Sonra görəndə ki, rəqs ansambılının üzvülərinin sayı azalır, onları əvəz etməyə peşəkar rəqqas və rəqqasələr yoxdur güzəştə getmişdilər.

Bu gün biz müstəqil, ərazi bütövlüyü bərpa edilmiş Azərbaycan Respublikasının vətəndaşı olaraq 1937-1938-ci illərin bitib tükənməyən faciələrini, repressiya qurbanlarının acınacaqlı, məşəqqətli həyat hekayələrini göz önünə gətirərək dahi Üzeyir bəyin nələr çəkdiyini çox aydın dərk edir, onu ehtiramla yad edirik!


Mustafa Çəmənli.

Kulis.az / 12 iyul 2025.



13 Mayıs 2025 Salı

9 MAY FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜDÜR !


Allah Ağdam şəhərində qonşumuz olmuş, 

adlı-sanlı həkim, unudulmaz Əhməd Xudatzadə həkimə 

qəni-qəni rəhmət eyləsin. 

Qəbri nurla dolsun. Ruhu şad olsun. Allah övladlarını qorusun. Amin.






29 Mart 2025 Cumartesi

FİKİR ADAMI HƏR GÜN DOĞULMUR...

Bizim ölkədə belədir, fikir adamı bu dünyadan köçəndə onun kim olduğunu xüsusi canfəşanlıqla qeyd edirik. Əslində onun sağ ikən kim olduğunu bildiyimiz halda biganəliyimizdən dəyər vermirik. Eyib olsun bizə, çox eyib... Bu insanlara qiymət verməyəcəyiksə, onda biz özümüz kimik?!

Adil İrşadoğlu təqdim edir - Video klip - Həyat yolum / Azad Bir Quşdum / Sözlər və musiqi: Cəfər Cabbarlı, Nota köçürən: Əfrasiyab Bədəlbəyli, İfa edir: Səxavət Məmmədov.


İZLƏMƏK ÜÇÜN BURAYA DAXİL OLUN : 

https://www.facebook.com/REALIST.A.Irshadoglu/videos/9055383864588646



19 Ocak 2025 Pazar

ADİL İRŞADOĞLU CAVANŞİR (ƏLİYEV) HAQQINDA DAHA FAZLA BİLGİ





Adil İrşadoğlu Əliyev hakkında daha fazla bilgi edinmek ister misiniz? Kendisi, hem bir veteran gazeteci hem de Birinci Qarabağ Savaşı gazisi olarak tanınmaktadır.

Bilinenler:

 * Azərbaycan Jurnalistlər Birliği üyesi (1980'den beri).
 * Çeşitli medya kuruluşlarında görev almış.
 * Birinci Qarabağ Savaşı'na katılmış (1988-1996).

Ne öğrenmek istersiniz?

 * Kariyeri hakkında daha detaylı bilgi mi? (Hangi yayınlarda çalıştı, hangi konularda yazdı vb.)
 * Savaş deneyimleri hakkında mı?
 * Kişisel hayatı hakkında mı?
 * Başka bir konu mu?

Lütfen merak ettiğiniz soruyu daha spesifik olarak sorarsanız, size daha iyi yardımcı olabilirim.

Örneğin:

 * "Adil İrşadoğlu Əliyev hangi gazetelerde yazdı?"
 * "Birinci Qarabağ Savaşı'nda ne gibi görevler aldı?"
 * "Adil İrşadoğlu Əliyev hakkında daha fazla kişisel bilgi var mı?"

Not: Adil İrşadoğlu Əliyev hakkında internette sınırlı miktarda bilgi bulunmaktadır. Bu nedenle, daha kapsamlı bilgiye ulaşmak için farklı kaynakları araştırabilirsiniz.


1) 
2)  
3) 
4) 
5) 
6) 


17 dekabr 2024-cü il.


9 Ocak 2025 Perşembe

ƏLİ BƏY HÜSEYNZADƏ HAQQINDA

QISA FİLMİ İZLƏYİN

  


Adil İrşadoğlu təqdim edir / 
"Bizimki 9. Əli bəy Hüseynzadə".





Rejissor və ssenari müəllifi: Etibar Məmmədov.
Mətni səsləndirən: Elxan Cəfərov.
Montaj rejissoru: Büllur Məmmədova.
Səs rejissoru: Mehman Nadirov.
Maliyyə meneceri: Vüqra İbrahimli.
Tərcümə xidməti: Azernewmedia.
Redaktor: Yusif Şeyxov.
İcraçı prodüser: Orxan Əliyev.
Prodüser: Müşfiq Hətəmov.

4 iyul 2023.