O vaxt Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 2 mindən çox adam işləyirdi. Mən burda heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm, amma orda Adil bəy kimi barmaqla sayılacaq işçilərin sayı 5-6 nəfər olardı. Mənfur ermənilər torpaqlarımıza göz dikən gündən Adilin rahatlığı pozuldu. Rahat, isti kabinetdə oturub işləmək istəmirdi. Bunu şəninə, qeyrətinə sığışdırmırdı. Cəbhəyə getmək, qaynar bölgələrdə, döyüşçülər arasında olmaq, canlı verilişlər, reportajlar hazırlamaq istəyirdi. Buna görə də könüllü olaraq öz ərizəsi ilə uzun müddətə mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağa və müharibə gedən ətraf rayonlara ezam olundu. Dəfələrlə ölümlə üz-üzə, göz-gözə gəldi, amma qorxmadı, çəkinmədi, bu cür dəhşətli səhnələr onun mübarizə əzmini qıra bilmədi. İki dəfə çəkiliş qrupunun üzvləri ilə birlikdə ermənil - rus birləşmələrinin mühasirəsinə düşdü, qəhrəman döyüşçülərimizin ciddi səyi nəticəsində azad olundu, amma yenə də öz inadından dönmədi. Mən bir neçə il əvvəl bu gözəl insan, görkəmli və fədakar jurnalist haqqında kitab yazmaq istəmişəm. Müəyyən səbəblərdən alınmayıb. Sağlıq olsun, düşünürəm ki, inşallah bu istəyimə nail olacağam.
Adil İRŞADOĞLU nə qədər ağrı-acılar yaşasa da, nə qədər çətinliklərlə üzləşsə də Azərbaycan dövlət televiziya tamaşaçılarını qaynar döyüş bölgələrindən yeni-yeni xəbərlər, verilişlər və reportajlarla tanış edirdi. Düzünü deyim ki, indi Adil İRŞADOĞLU kimi qorxmaz, fədakar, peşəkar jurnalistlər çox azdır. Amma jurnalistlər üçün tikilmiş evləri paylayarkən Adil İRŞADOĞLU "yada düşmədi". Sonda onun haqqını yeyənlər öz layiqli cəzalarıını aldılar. İndi torpaqlarımızın işğaldan azad olunmasından bir il keçir. Bu münasibətlə sevinməyə daha çox haqqı olan Adil bəyi ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.
Hörmətlə,
Nizami Təhməzov.
Bakı, 10.11.2021. / 19-00.
Hiç yorum yok:
Yorum Gönder