VƏTƏNSEVƏRLİK - öz taleyini xalqının,
torpağının taleyindən ayrı dərk etməməkdir.
VƏTƏNSEVƏRLİK - Vətənə sonsuz məhəbbət,
bütün qəlblə, əməllə onun mənafeyinə xidmət etməkdən ibarətdir.
VƏTƏNSEVƏRLİK - ən yüksək mənəvi-ictimai hiss kimi dəyərləndirilir və xüsusilə, bizim kimi siyasi düşmənləri çox olan millət üçün ən böyük istinadgahdır, Vətən əxlaqı. Vətən əxlaqı qüvvətli olmazsa, nə müstəqilliyimizi, nə azadlığımızı, nə də Vətənimizin bütövlüyünü qoruya bilərik.