❤️ Tanınmış yazıçı, şair, jurnalist və ictimai xadim, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sabiq sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Müseyib oğlu Məcid:
- Adil İrşadoğlunun jurnalistlik fəaliyyətində Ağdam özünəməxsus yer tutur. Bu qədim diyarın ecazkar ruhu onun yaradıcılığına müstəsna təsir göstərib. Adil İrşadoğlu (Əliyev) imzası Birinci Qarabağ müharibəsi dövründə həqiqətlərin təbliğində, Qarabağın faciə yaşantılarının cəmiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Onun bu rolunu jurnalistikanın vətənpərvərlik missiyası adlandırmaq olar.

1 yorum:
Rəşad müəllim gözəl insan, mehriban ailə başçısı və qayğıkeş dostdur. Allah Rəşad Müseyib oğlu Məcidə sağlam uzun ömür versin. Ailəsinin başından və dostlarının əhatəsindən əskik olmasın. Amin.
Yorum Gönder