...Heç birinin ürəyinə
Kin-küdurət yaxın gəlməz,
Böyük-kiçik məclislərdə
Bir yol yersiz deyib-gülməz.
Dalda qeybət qıranları,
Gizlin ara vuranları
İnsan sanıb, kişi bilməz
Bu torpağın ucaları -
Qarabağın qocaları...
Famil Mehdi .
© Siz saytımı vərəqlədikcə Azərbaycan və Azərbaycanın ürəyi sayılan Qarabağdan bəhs edən yazıları, videoları izləyəcək və qurucunun tərcümeyi-halı, yaradıcılığı ilə tanış olacaq, onun barəsində tanınmış insanların ürək sözlərini oxuyacaqsınız. © Adil İrşadoğlu (Əliyev), saytın qurucusu.
...Heç birinin ürəyinə
Kin-küdurət yaxın gəlməz,
Böyük-kiçik məclislərdə
Bir yol yersiz deyib-gülməz.
Dalda qeybət qıranları,
Gizlin ara vuranları
İnsan sanıb, kişi bilməz
Bu torpağın ucaları -
Qarabağın qocaları...
Famil Mehdi .
... Çətinləşib yaşamaq da, ölmək də.
Bir tikəni iki yerə bölmək də.
Zor zorunan iş başına gəlməkdə,
Haqq-ədalət itib gedir - qorxuram.
Yalan qırtır məclislərin başında,
Çəmin tapıb torpağın da, daşın da.
Günəş yanır üzüyünün qaşında,
Vay, həqiqət itib gedir - qorxuram.
Qaraya ağ, ağa qara deyən çox,
Bir xoş günü göy əskiyə düyən çox.
Yaxşıları yaman deyib söyən çox.
Qədir-qiymət itib gedir - qorxuram.
Gör baxışlar, gülüşlər nə haldadır,
Bilmirsən ki, güc gözdədir, qoldadır.
Həyat səhnə, bütün bəşər roldadır.
Səmimiyyət itib gedir - qorxuram...
Yurdumuzda su yerinə qan axır,
İgidlərin o qan bağrından axır.
Bəs o kimdir, əl cibdə gendən baxır?
Qəzəb-nifrət itib gedir - qorxuram.
Dəvə dəlləklik eləyən zamandı,
Xəlbir ələklik eləyən zamandl,
Qarğa leyləklik eləyən zamandı.
Şeir-sənət itib gedir - qorxuram.
Allah, Allah, üstümüzdə yar ol sən,
Gecə-gündüz bizə havadar ol sən.
Yox, qorxmaram üstümüzdə yar olsan,
Bu ülviyyət itib gedir - qorxuram.
Famil Mehdi.
Ağdam - Bakı.
Hər adamdan adama
ürək dostu, qəlb yoldaşı olmaz.
VİDEO
"De Fakto" qəzetində əmək təcrübəsi keçən
və seçərək işə götürdüyüm jurnalistlərə açıq məktub
---------
Hörmətli Afət xanımın simasında hamınıza salam olsun.
Afət xanım, Sizə bu qısa məktubu Əvəz Zeynallının "Xural TV"-sində - Milli mətbuatımız niyə "öldürüldü"?! verilişinə baxandan sonra yazmaq qərarına gəldim. Əvvəllər də bu ürək sözümü sizə və vaxtilə sizinlə birlikdə "De Fakto" qəzetinin redaksiyasında əmək təcrübəsi keçəndən sonra seçərək işə götürdüyüm işçilərə çatdırmaq istəmişəm. Ancaq fikrimdən daşınmışam, cavandırlar, həyat təcrübələri azdır, - demişəm.
İndi isə həmin fikrimdən daşına bilmədim. Siz verilişdə deyirsiniz ki,
"Hər kəsin yolu hardansa keçir. Mən öz payıma deyirəm ki, yazılı mediadan başladım. "Hürriyyət" qəzeti o vaxt ən yaxşı qəzet idi, yüksək tirajla nəşr olunurdu. Şahvələd Çobanoğlu qəzetin baş redaktoru idi. Onu hər kəs tanıyırdı. Onun imzası üçün çoxumuz darıxırıq...Bakı Dövlət Universitetini bitirən kimi mən ora işləməyə getdim. O, bizi elə-belə işə götürmədi, bizi yoxladı... "Hürriyyət" qəzetindən sonra "Yeni Müsavat" qəzetində çalışdım"...
Hörmətli Afət xanım, mənə elə gəlir ki, siz iş ardıcıllığınızı qarışıq saldınız. Siz universitetdən "De Fakto"ya, "De Fakto"dan "Yeni Müsavat"a getmisiniz. Mənim üçün maraqlıdır. Niyə siz və sabiq defaktoçular yeri düşəndə, yazılar yazanda, kanallarda çıxış edəndə vaxtilə populyarlıq qazanmış, 10 min tirajla çap edilmiş qurucusu olduğum "De Fakto" qəzetinin adını yada salmırsınız, həmin redaksiyada işləməyinizin üstündən sükutla keçirsiniz? Mənim gənc jurnalistlərlə birlikdə istehsal etdiyim "De Fakto" qəzetinin 1-ci sayı 24.11.1995-ci ildə, axırıncı sayı isə 9 iyul 1997-ci ildə işıq üzü görüb. Qəzetin sonuncu nömrəsində "De Fakto"nun mini futbol komandasının qalibiyyətindən, Azərbaycan Respublikası Qəzet redaksiyalarının komandaları arasında 1-ci yeri tutmasından və AFFAnın Kubokunu almasından yazılır. Sizdən fərqli olaraq mən yaradıcı komandamı, bu kollektivlə bağlı xatirələri unutmamışam və ölənədək unutmayacağam.
Sizə xatırladım, hələ sizlər Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində axırıncı kursda oxuyanda mən fakültənin rəhbərliyindən, fakültənin 10 il dalbadal dekanı seçilmiş Akif Rüstəm oğlu Rüstəmovdan icazə aldım, fakültədə sizinlə görüşlər keçirdim və sizin içərinizdən ən layiqlilərini (38 nəfəri) seçib yeni qurulan "De Fakto" qəzetinin redaksiyasına əmək təcrübəsinə dəvət etdim. Demək çirkinlik olmasın, sizlər bir müddət işlədikdən sonra yenə seçim edərək rəsmi şəkildə əmr verib sizləri işə qəbul etdim. Sizlərlə çalışdım, sizlərə qayğı göstərdim, sizlərlə bir masa arxasında oturub çörək kəsdim, nahar etdim, vaxtlı-vaxtında zəhməthaqqınızı verdim. Oğlan işçilərimə tapşırdım ki, bu qızlar sizin bacınızdır, onlardan muğayat olun, qoymayın "Azərbaycan nəşriyyatı"nda digərləri onlara pis gözlə baxsınlar. Mən "De Fakto" qəzetini və tabeliyimdə olan işçiləri öz doğma balam kimi sevmişəm, gənc jurnalistlərə qayğı göstərməkdən həzz almışam. Maşallah, indi onların səs-sorağı mötəbər yerlərdən gəlir. Mən sizinlə fəxr edirəm...
Adil İrşadoğlu (Əliyev).
Veteran televiziya və qəzet jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980),
1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996).
23.07.2022. (11-00).