Hacı Qubad Həsənzadə.
İlahiyyatçı - şair.
Dəyərli Adil müəllim - Adil İrşadoğlu, 65 il ömür sürdünüz.
Bu, bir insan həyatı üçün nə azdır, nə də çox.
Əzizim mənasındadır,
Dürr sözün mənasındadır.
Yaş il ilə ölçülsə də,
Şərt ömrün mənasındadır.
Bəli, ömrün mənası onun uzunluğunda yox, keyfiyyətində və mənəviyyatındadır.
İstər keçmiş Sovet dönəmində, istərsə də Sovetdən sonrakı müstəqillik dövrümüzdə ali təhsilli bir ziyalı və peşəkar jurnalist kimi bütün ömrünüzü canınızdan çox sevdiyiniz xalqımıza və Vətənin çiçəklənməsinə həsr etdiniz. Xüsusən Ermənistanın Azərbaycanla müharibə etdiyi dövrdə cəbhə bölgələrimizdə faliyyətinizi daha da gücləndirdiniz. Zəhmətinizin bəhrəsi olan çoxlu lentləriniz və videolarınız bu gün də milli televiziyamızın arxivlərində qorunmaqdadır.
Şükür olsun Allaha ki, enerjiniz bu gün də tükənməmiş və yenə bu və ya digər formada xalqımıza xidmət etməkdəsiniz. Sizə ömrünüzün bundan sonraki qalan hissəsində də, Allahdan sağlam can və yenə gözəl, davamlı fəaliyyət diləyirəm. Uca Yaradandan bundan sonraki ömrünüzü və fəaliyyətinizi doğulduğunuz əziz Ağdamımızda davan etdirməyinizi arzu edirəm!
Hiç yorum yok:
Yorum Gönder